EN

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissar Marta Kos Azərbaycana gəlib.

APA xəbər verir ki, Komissar Ağdama gedir.

Marta Kos Ağdamda minatəmizləmə işləri ilə tanış olacaq.

O, eyni zamanda, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri haqqında məlumatlandırılacaq.

Qeyd edək ki, Aİ komissarının səfəri Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək.

Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Chosen
38
11
apa.az

10Sources