EN

Tramp Netanyahudan narazıdır, lakin İsrailə dəstəkdən imtina etməyə hazır deyil

ABŞ prezidenti baş nazirin hərbi yanaşmasından məyus olsa da, dəstək siyasətini saxlayır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun hərəkətlərindən məyus olsa da, hələlik onun dəstəyindən imtina etməyə hazır deyil.

The Wall Street Journal nəşrinin məlumatına görə, Tramp son həftələr bir neçə köməkçisinə bildirib ki, Netanyahunun strategiyası HƏMAS-ı təslim olmağa məcbur etmək üçün hərbi gücdən istifadə etməkdir, halbuki Tramp sülh yolu ilə danışıqlara üstünlük verilməsini arzulayır.

Mənbələr qeyd ediblər ki, Trampın Netanyahudan narazılığı İsrailin Qətərdə HƏMAS danışıqlar nümayəndələrinə hücumundan sonra daha da artıb. Prezidentin köməkçilərinə sərt ifadələrlə bildirib ki, Netanyahudan “bezib”.

Bununla belə, mənbələr hesab edirlər ki, Trampın İsrailə dəstəkdən imtina etmək ehtimalı azdır.

Qeyd edək ki, 9 sentyabrda İsrail HƏMAS rəhbərliyinin yerləşdiyi binaya hücum edib. Hərəkətin açıqlamasına görə, yüksək rütbəli rəhbər şəxslər sağ qalıb, lakin altı nəfər həlak olub, onların arasında hərəkətin baş danışıcısı Xalil əl-Xayanın oğlu da var.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources