EN

Bakı hava limanında taksi xidməti üçün standart qiymətlər tətbiq olunur

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədilə yeni elektron taksi terminalı quraşdırılıb. Yeniliyin əsas məqsədi sərnişinlərin qeyri-rəsmi qiymətlərlə üzləşməsinin qarşısını almaq və xidmət keyfiyyətini artırmaqdır. Bu barədə Baku.ws məlumat yayıb. 

Yeni sistemə əsasən, aeroportdan şəhər mərkəzinə və əsas otellərə gedişlər üçün sabit tariflər müəyyənləşdirilib. Qiymətlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) ilə göstərilir ki, bu da beynəlxalq sərnişinlər üçün əlavə rahatlıq yaradır.

Əsas tariflər aşağıdakı kimidir:

Açılış qiyməti (3 km-ə qədər): 6 AZN

3–25 km arası məsafə üçün: hər km-ə 0,95 AZN

26 km və yuxarı məsafələr üçün: hər km-ə 0,70 AZN

Yeni terminal vasitəsilə sərnişinlər taksi xidmətlərindən elektron ödəniş vasitəsilə istifadə edə bilər. Hava limanında taksi gözləmə müddətləri azalıb və xidmət daha mütəşəkkil şəkildə təşkil olunub.

Sistem həm yerli, həm də xarici turistlər üçün şəffaf qiymət siyasəti təqdim etməklə yanaşı, hava limanından şəhər mərkəzinə nəqliyyatda rəqabətliliyi də artırmaq məqsədi daşıyır.

Chosen
33
anews.az

1Sources