EN

TƏBİB: Ötən ay 8 milyona yaxın tibbi xidmət göstərilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 7 917 064 tibbi xidmət göstərilib.  

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.  

Bildirilib ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Xidmətlərdən 960 871-i stasionar, 6 956 193-ü ambulator olub.

Məlumata əsasən ötən ay 1 956 902 müraciət qeydə alınıb, bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb. Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 002 olub. Onlardan 28 690-u stasionar, 2 312-si ambulatordur.

Chosen
10
13
bakivaxti.az

10Sources