EN

Britaniya kralının xanımı və ABŞ-nin 1-ci ledisindən Ukraynaya dəstəkFOTOSU

Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamilla və ABŞ-nin birinci xanımı Melaniya Tramp Vindzor qəsrindəki dövlət ziyafətinə müvafiq olaraq mavi və sarı paltarda (Ukrayna bayrağının rəngləri) çıxıblar.

Redaktor.az xəbər verir ki, tədbirin fotolarını Amerika və Britaniya mediası dərc edib.

Kraliça Kamilla zərif boyunbağı və broş ilə bəzədilmiş yumşaq mavi paltar geyib.

ABŞ-nin birinci xanımı Melaniya Tramp açıq rəngli kəmərlə bəzədilmiş sarı paltar seçib.

Trampın və xanımının Böyük Britaniyaya rəsmi səfəri şərəfinə keçirilən tədbirdə kral III Çarlz, Uels şahzadəsi Uilyam, onun həyat yoldaşı şahzadə Keyt və kral ailəsinin digər üzvləri də iştirak ediblər.

Ziyafət zamanı kral Rusiya-Ukrayna müharibəsinə toxunub və Böyük Britaniyanın Kiyevin tərəfində qaldığını bir daha təsdiqləyib.

Britaniya monarxı deyib: "Bu gün, tiranlıq yenidən Avropanı təhdid edərkən, biz və müttəfiqlərimiz təcavüzün qarşısını almaq və sülh gətirmək üçün Ukraynaya dəstək veririk".

Chosen
41
3
redaktor.az

4Sources