EN

Yaponiyada 100 yaşını keçənlərin sayı rekorda çatdı

Yaponiyada
Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ilk dəfə olaraq 99 mini ötüb. 1news.az xarici KİV-lərə istinadənxəbər verir ki, hər il 15 sentyabrda qeyd olunan “Yaşlılara hörmət günü” münasibətilə Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyi ölkədə artan yaşlı əhali ilə bağlı statistik məlumatları açıqlayıb.
Rəsmi məlumatlara görə, 100 yaşdan yuxarı insanların sayı artıq 55 ildir ki, davamlı olaraq artır. Bu kateqoriyaya daxil olanların 88 faizini qadınlar təşkil edir. Hazırda Yaponiyanın ən yaşlı sakini 114 yaşlı Kaqava Şiqeko, ən yaşlı kişi isə 111 yaşlı Mizuno Kiyotakadır. Qeyd edək ki, Yaponiya hökuməti 1963-cü ildən etibarən 100 yaşdan yuxarı insanların statistikasını aparır. Həmin vaxt bu yaş həddini keçənlərin sayı cəmi 153 nəfər olub.

Mütəxəssislər Yaponiyada orta ömür uzunluğunun 84,5 il olmasını sağlam qidalanma, aktiv həyat tərzi və güclü səhiyyə sistemi ilə əlaqələndirirlər.

Chosen
31
1news.az

1Sources