EN

Polşa Senatı əcnəbilərin yaşaması və ukraynalılara yardım haqqında qanunu təsdiqlədi

Polşa Senatı heç bir dəyişiklik etmədən əcnəbilər və müharibədən yayınan Ukrayna vətəndaşlarına dəstək haqqında qanunu qəbul edib.

Redaktor.az-ın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, sənədin lehinə 57 senator, əleyhinə 32 senator səs verib, bitərəf qalan olmayıb.

Qanun ukraynalı qaçqınların Polşada qanuni qalma müddətini uzadıb və sosial müavinətlərin, o cümlədən "800+" proqramının ödənilməsini məşğulluqla əlaqələndirib.

Qanunun yeni variantı prezident Karol Navrockinin əvvəlki varianta veto qoymasından sonra hazırlanıb. "Məqsədlərlə bağlı biz prezidentlə tam razıyıq: bunlara səhiyyə, qanuni qalma və əmək bazarına çıxış daxildir. Yeganə sual sistemin effektiv işləməsini necə təmin etməkdir. Layihəmiz təkcə ukraynalıları deyil, bütün əcnəbiləri əhatə edir", - deyə daxili işlər və administrasiya nazirinin müavini Matsey Duşçik bildirib.

Qanunun əsas müddəalarına Ukraynadan olan qaçqınların qanuni qalma müddətinin martın 4-dək uzadılması, əcnəbilərin sosial müavinətlərə çıxışının sərtləşdirilməsi və s daxildir.

Chosen
4
2
redaktor.az

3Sources