Ajans.az xəbər verir ki, bu məlumatı ölkənin xüsusi xidmət orqanlarının əlaqələndirici naziri Tomaş Semonyak təsdiqləyib. “Hər şey onu göstərir ki, bu, Polşanı qoruyan, vətəndaşlarımızı qoruyan təyyarəmizdən atılan raket olub”, - o qeyd edib. Semonyakın sözlərinə görə, vətəndaşa dəymiş zərər qarşılanacaq.
Nazir araşdırmanın hələ də davam etdiyini, PUA-ların və raketin qalıqlarının diqqətlə öyrənildiyini söyləyib.