BAKI, 18 sentyabr. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun son 6 oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Almaniyada “Ayntraxt Frankfurt”un qonağı olacaq.
Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibi "Kopenhagen" isə Danimarkada Almaniyanın "Bayer Leverkuzen" klubunu qəbul edəcək. Görüşü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, II turun oyunları 30 sentyabr - 1 oktyabr tarixlərində təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya)
23:00. "Nyukasl Yunayted" (İngiltərə) - "Barselona" (İspaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)
23:00. "Ayntraxt Frankfurt" (Almaniya) - "Qalatasaray" (Türkiyə).
17 sentyabr
“Slaviya" (Çexiya) - "Budo/Qlimt" (Norveç) - 2:2
“Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1
PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0
“Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) - 3:2
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2
16 sentyabr
“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3
"Atletik Bilbao" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2
PSV (Niderland) - "Royal Yunion" (Belçika) - 1:3
“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0
"Real Madrid" (İspaniya) - "Marsel" (Fransa) - 2:1
“Yuventus" (İtaliya) - "Borussiya Dortmund” (Almaniya) - 4:4.