Bakı. Trend:
Google və PayPal süni intellekt (AI) ilə təchiz edilmiş ticarətvə ödənişləri birgə inkişaf etdirmək üçün çoxillik əməkdaşlıqqurublar.
Trend-inməlumatına görə, tərəfdaşlıq çərçivəsində PayPal-ın rəqəmsal ödənişhəlləri bir sıra Google məhsullarına inteqrasiya olunacaq.
Alphabet-in baş direktoru Sundar Piçai bildirib ki, PayPalxidmətlərin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması üçünGoogle-un süni intellektindən istifadə edəcək.
Öz növbəsində, Google PayPal-ın ödəniş imkanlarını daha da genişşəkildə inteqrasiya etməyi planlaşdırır.
Razılaşmaya əsasən, PayPal-ın müəssisə ödənişləri bölməsi GoogleCloud, Google Ads və Google Play kimi məhsullar vasitəsilə kartödənişlərinin əsas provayderinə çevriləcək.