EN

Kafe sahibini döyən şəxsə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Emin Zəfərovun (soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama əsasən, təqsirləndirilən Emin Zəfərov 2023-cü il tarixdə, saat təxminən 03:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Kaspian” kafeyə müştəri kimi gəlib. Orada xidmətçi işləyən qadınla arasında sözlü mübahisə yaranıb. Bu zaman kafenin administratoru, zərərçəkmiş Kərim Əsədli (adı, soyadı şərtidir) ona irad bildirib. Təqsirləndirilən şəxs isə nalayiq ifadələr işlədib. O, yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə zərbələr endirib, kafenin həyətinə çıxarıldıqdan sonra qarın, boyun, döş qəfəsi və sağ bazu nahiyəsinə yumruq və təpiklə zərbələr vurub. Həmçinin Emin əynindəki şalvarın cibindən çıxardığı avtomobil açarını silah kimi istifadə edərək Kərimin sol süd vəzisinə və sağ çiyin nahiyəsinə bir dəfəlik zərbələr endirərək xəsarət yetirib.


Xətai Rayon Məhkəməsinin hökmü ilə Emin Zəfərov 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhkum edilib.


Qeyd: Emin Zəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Kamal Məmmədov 

Tarix: 18 Sentyabr 2025, 08:20   
Chosen
11
pravda.az

1Sources