EN

KİV: Tramp İsrailin HƏMAS a qarşı əməliyyatından narazıdır

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp HƏMAS-a qarşı hərbi əməliyyatları atəşkəslə bağlı danışıqlardan üstün tutan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrailin Qətərə zərbə endirməsindən sonra Trampın narazılığı xeyli artıb.

Müşavirləri ilə danışığı zamanı Tramp Netanyahunun onu ələ saldığını düşündüyünü düyib.

Qəzet qeyd edir ki, Tramp narazı olmasına baxmayaraq, İsrailə qarşı sərt tədbirlər görməkdən çəkinir. Nəşr bunu Trampla Netanyahu arasında yaxşı şəxsi münasibətlərlə əlaqələndirir.

Adı açıqlanmayan bir neçə amerikalı məmur Trampın İsrailin baş naziri ilə isti münasibəti ilə fəxr etdiyini və onu korlamaq istəmədiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
4
apa.az

5Sources