EN

Böyük Britaniya Fələstini dövlət kimi tanıyacaq

Qərar Trampın Londona səfərindən dərhal sonra açıqlanacaq...

Böyük Britaniya hökuməti ABŞ prezidenti Donald Trampın dövlət səfərinin başa çatmasından sonra Fələstinin dövlət kimi tanınması barədə qərarını elan edəcək.

Poliqon xəbər verir ki, bu barədə məlumatı The Times qəzeti yayıb.

Məlumata görə, baş nazir Kir Starmer Fələstinin tanınması ilə bağlı qərarı Trampın səfərinin sonuna qədər təxirə salıb. Məqsəd sentyabrın 18-də planlaşdırılan birgə mətbuat konfransında bu məsələ ətrafında müzakirələrdən yayınmaq olub.

ABŞ isə rəsmi şəkildə Fələstinin tanınmasına qarşı çıxır. Prezident Donald Tramp bu addımı 2023-cü ilin oktyabrında İsrailə hücum etmiş “Həmas” qruplaşmasına “mükafat” kimi dəyərləndirib.

The Times yazır ki, London sözügedən qərarı gələn həftə keçiriləcək BMT Baş Assambleyası iclasından əvvəl elan etməyi planlaşdırır. Fələstini tanıya biləcək digər ölkələr arasında Fransa, Kanada və Avstraliyanın da adı çəkilir.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources