EN

Tramp antifaşist “Antifa” hərəkatını terror təşkilatı elan etdi

ABŞ prezidenti radikal sol qüvvələrin maliyyələşdirilməsinin araşdırılmasını da tələb edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən amerikalı antifəşistlərin “Antifa” hərəkatını terror təşkilatı kimi tanıdığını açıqlayıb. Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb. O, paylaşımında “Antifa”nı “xəstə, təhlükəli, radikal sol fəlakət” adlandırıb.

“Eyni zamanda mən israrla tövsiyə edirəm ki, ‘Antifa’nı maliyyələşdirənlərin ən yüksək hüquqi standartlara və qaydalara uyğun şəkildə hərtərəfli araşdırılması aparılsın”, – deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəl də “Antifa”nı terror təşkilatı kimi tanımaq niyyətində olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bu qərar Ağ evin, o cümlədən baş prokuror Pəm Bondinin dəstəyi ilə qüvvəyə minə bilərdi.

Qeyd edək ki, “Antifa” hərəkatı vahid mərkəzləşdirilmiş quruluşa malik deyil. Bu termin ümumi şəkildə bütün antifəşist qrupları və fəalları ifadə etmək üçün istifadə olunur.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources