EN

Tramp yerli “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyıb

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp yerli antifaşist “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. O, həmçinin hərəkatı maliyyələşdirənlərin ən yüksək hüquqi standartlara uyğun hərtərəfli araşdırılmasını tövsiyə edib.

Qeyd edək ki, ABŞ mediası siyasi fəal Çarli Kirkin ölümüdə şübhəli bilinən şəxsin də “Antifa” hərəkatına bağlı olduğunu yazır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
26
2
azertag.az

3Sources