İstanbul müftisi professor Safi Arpaquş Türkiyənin Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin edilib. SİA xəbər verir ki, təyinat Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi mətbuatda - “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 15-dən etibarən İstanbul müftisi vəzifəsini icra edən Arpaquşun elmi fəaliyyəti təsəvvüf tarixi anlayışları və təşkilatlarını əhatə edib.
Onun Mövlana Cəlaləddin Rumi, “Məsnəvi” və mövləvilik mövzularında da araşdırmaları mövcuddur.