EN

OpenAI 18 yaşdan kiçik istifadəçilər üçün ChatGPT-nin xüsusi versiyasını hazırlayır

Bakı. Trend:

OpenAI 18 yaşdan kiçik istifadəçilər üçün ChatGPT chatbotununtəhlükəsiz versiyasını hazırlayır.

Trend-in CNBC-yəistinadən məlumatına görə, yeni modifikasiya valideyn nəzarətifunksiyaları və uyğun olmayan məzmuna qarşı gücləndirilmiş müdafiəmexanizmlərini əhatə edəcək.

Sistem yetkinlik yaşına çatmayan istifadəçiləri avtomatik olaraqtəhlükəsiz versiyaya yönləndirəcək, burada qrafik və cinsi məzmunbloklanacaq. Şiddətli emosional sıxıntı hallarının qeydə alındığıistisna hallarda isə hüquq-mühafizə orqanları cəlb oluna bilər.

OpenAI həmçinin istifadəçilərin yaşını daha dəqiq müəyyən etməküçün texnologiya üzərində işləyir. Əgər sistem istifadəçinin yaşınıetibarlı şəkildə müəyyən edə bilmirsə, defolt olaraq uşaq rejiminəkeçəcək.

Bu təşəbbüs ABŞ-ın Federal Ticarət Komissiyasının süni intellektchatbotlarının uşaqlar və yeniyetmələrə təsiri ilə bağlıaraşdırmasına cavabdır. Şirkət daha əvvəl ChatGPT ilə bağlıyeniyetmənin təhlükəli vəziyyətə düşməsi və məhkəmə işlərinə səbəbolan hadisələrdən sonra tənqid olunmuşdu.

Chosen
17
az.trend.az

1Sources