EN

Şaraa: İsraillə təhlükəsizlik paktı danışıqları yaxın günlərdə nəticə verə bilər

BAKI, 18 sentyabr. TELEQRAF

İsraillə təhlükəsizlik paktının imzalanması istiqamətində davam edən danışıqlar yaxın günlərdə nəticə verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Dəməşqdə jurnalistlərə bildirib.

O, təhlükəsizlik paktını "zərurət" kimi təsvir edib.

Əhməd əl-Şaraa qeyd edib ki, bu pakt Suriyanın hava məkanına və ölkənin ərazi bütövlüyünə hörmətə əsaslanmalı, həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən monitorinq edilməlidir.

Chosen
46
10
teleqraf.com

10Sources