EN

Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman vəPakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı stratejimüdafiə sazişi imzalayıblar.

Trend-in SPA xəbəragentliyinə istinadla verdiyi məlumata görə, saziş iki ölkəninregion və dünya təhlükəsizliyini gücləndirmək, sülh və firavanlıqsəylərini dəstəkləmək məqsədi daşıyır.

Sənəddə qeyd olunur ki, müqavilə müdafiə sahəsində əməkdaşlığınmüxtəlif aspektlərini inkişaf etdirməyi və istənilən təcavüzə qarşıqarşılıqlı çəkindirməni gücləndirməyi nəzərdə tutur.

“Müqaviləyə əsasən, iki ölkədən birinə qarşı hər hansı təcavüzhər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək”, – məlumatdavurğulanıb.

Chosen
26
12
az.trend.az

10Sources