EN

Çexiya Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırdı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çexiya Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün viza rejimi tətbiq edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Onun sözlərinə görə, Çexiya bununla Gürcüstanda insan haqlarına hörmətsizlik, nümayişlərin yatırılması və vətəndaş cəmiyyətinin zəiflədilməsinə reaksiya verir.

“Bu qərar Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırır”, - nazir qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Şurası Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi haqqında sazişi qismən dayandırıb. Bu vaxta qədər Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Niderland, Fransa, Belçika və İtaliya Gürcüstan diplomatları üçün vizasız rejimi ləğv edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
2
sherg.az

3Sources