EN

KİV: Britaniya yaxın günlərdə Fələstin dövlətini tanıyacaq

BAKI, 18 sentyabr. TELEQRAF

Böyük Britaniya bu həftəsonu Fələstinin dövlətçiliyini rəsmi olaraq tanıyacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Baş nazir Kir Starmer ABŞ Prezidenti Donald Trampın Birləşmiş Krallığa dövlət səfərinin başa çatmasından sonra müvafiq bəyanatla çıxış edəcək.

Xatırladaq ki, iyulun 29-da baş tutmuş telefon danışığı zamanı Starmer Fələstin Adinistrasiyasının rəhbəri Mahmud Abbasa İsrailin Qəzzada atəşkəsə razılaşmayacağı təqdirdə Böyük Britaniyanın Fələstin dövlətini tanımaq qərarı barədə məlumat vermişdi.

Chosen
32
teleqraf.com

1Sources