EN

Tramp Britaniyada etiket qaydasını pozdu

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada etiket qaydalarını pozub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

Belə ki, o, kralı III Çarlzdan əvvəl Vindzorda fəxri qarovul dəstəsinin qarşısında olub. Həmçinin, görüş zamanı Tramp dəfələrlə əlini Britaniya monarxının kürəyinə qoyub, etiketi kobud şəkildə pozub. Böyük Britaniya ənənəsinə və protokoluna görə, krala toxunmaq qəti qadağandır.

Qeyd edək ki, Amerika lideri 2019-cu ildə ilk dövlət səfəri zamanı Kraliça II Yelizavetanın qarşısından keçən zaman da belə etmişdi. Lakin Bukinqem sarayı o zaman bəyan etmişdi ki, bunu protokolun pozulması hesab etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
3
qafqazinfo.az

6Sources