EN

Danimarka Rusiyaya qarşı uzaq mənzilli silahlar alacaq

BAKI, 17 sentyabr. TELEQRAF

Danimarkanın baş naziri Mette Frederiksen mümkün Rusiya hücumuna qarşı uzaq mənzilli dəqiq silahlar alacağını açıqlayıb.

Teleqraf xəbər verur ki, bu barədə "Reuters" məlumat yayıb.

“Şübhə yoxdur ki, Rusiya hələ uzun illər Avropa və Danimarka üçün təhlükə yaradacaq.
Rusiyanın Danimarkaya birbaşa hücum riski yoxdur. Amma biz ehtiyatlı olmalıyıq" - baş nazir bildirib.

Kopenhagen 2026-cı ildə hərbi büdcəsini artıracaq. Danimarka Ukraynanın müdafiə şirkəti "FirePoint"ə öz zavodunu bu ölkədə yerləşdirməyə icazə verib.

Chosen
5
teleqraf.com

1Sources