EN

Azərbaycan gənci qüdrətli dövləti ilə fəxr edir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin ifadə olunmasında mühüm rol oynadı. 2020-ci ildə baş verən II Qarabağ müharibəsi dünya hərb tarixinə mühüm və yeni mərhələ kimi yazıldı. 30 ilə yaxın davam etmiş erməni işğalına son verən 44 günlük Vətən müharibəsi həm də müasir Azərbaycan gəncliyinin igidliyini, cəsurluğunu, Vətən, dövlət uğrunda bir çağırışla ayağa qalxma bacarığını dünyaya nümayiş etdirdi.

Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük yaddaqalan uğurlarından biri də gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. Prezident İlham Əliyev daim gənclərə müraciət edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı göz bəbəyi kimi qorumağa çağırıb. Ən başlıcası isə dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət etməyi öyrədib. Gənclərimiz də Prezident İlham Əliyevin tarixin səhifələrinə böyük hərflərlə yazılmış geniş fəaliyyətini, müdrik və olduqca dəyərli çağırışlarını özlərinin həyat kredosuna çeviriblər. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan böyük Zəfər bir daha dünyaya göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdirlər.

Azərbaycan Respublikası Beynəlmiləçi Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Sərraf Orucovun fikrincə, ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir: “Prezident İlham Əliyevin “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında bir yol xəritəsi oldu. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə sahib olan gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında da gənclərin böyük, əvəzedilməz rolu oldu. Qüdrətli Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm zəfər tarixində gənclər misilsiz qəhrəmanlıqlar göstərdilər. Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində fəal iştirak edirlər. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular”.

Azərbaycan gəncliyi həmin günlərdə qürur səlnaməsi, qəhrəmanlıq dastanı yazmaq üçün ayağa qalxmışdı. “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”,- deyən Prezident İlham Əliyevin bir çağırışı Azərbaycan gəncliyi üçün yetərli oldu - dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin, gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bildirib ki, bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olub: “Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”. 2020-ci il tarixli 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində hərbi vətənpərvərlik ruh yüksəkliyi verdiyi üçün, onlar hər an əlnə silah götürüb Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şərəflə qorumağa hazır olduğlarını bəyan edirlər. Əgər Qarabağ və Vətən müharibəsində Azərbaycan ordusunda 10 minə yaxın keçmiş Əfqanıstan, Qarabağ müharibəsi veteranı və azsaylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 100 minlərlədir. İndi hər bir Azərbaycan gənci Azərbaycanın Milli Qəhrəmanları Polad, Həşimov, Mübariz İbrahimov, Murad Mirzəyev, Vəzir Orucov, Fərid Əhmədov və başqa oğullarımız kimi fədakarlıq göstərərək Azərbaycanın müstəqiliyini və ərazi bütövlüyünü şərəflə qorumağa hazırdır”.

Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov isə deyib ki, 44 günlük mühariədə əldə olunan qəhrəmanlıq bu günkü gəncə örnəkdir: “44 günlük Vətən müharibəsində döyüşlərdə Müzəffər Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və canından keçməyə hazırdır. Bu gün Azərbaycan gənci fəxr edir ki, 30 ildən artıq işğalda olan torpaqları bu gün azaddır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, mübarizliyi və müdrik rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Bu gün Azərbaycan bütün dünyaya öz gücünü subut etdi və artıq dünya da Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıb. İkinci Qarabağ müharibəsi hərb səlnaməmizdə bir tarix yazdı ki, bu gün hər bir gəncimiz o tarixdən nümunə götürür. Azərbaycan gənci mərd və mübarizdir. Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir, qarşısına qoyduğu məqsədə çatır. Bu gün Azərbaycan gənci öz qəhrəmanlılğı ilə fəxr edir, çünki azad, müstəqil və ərazi bütövlüyünü tam bərpa edən bir ölkənin vətəndaşıdır. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü, formalaşdırdığı gənclər siyasəti bu gün ölkəmizdə uğurla və sürətlə davam etdirilir. Məhz bu siyasət sayəsində ölkəmizdə qəhrəman bir gənclik yetişir. Həmin gənclik bu gün işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində, bərpasında fəal iştirak edir. Bu gün Azərbycan gəncinin səsi dünyanın dörd bir yanından gəlir, intellekti, savadı, bacarığı, əzmkarlığı ilə. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyən cənab Prezident İlham Əliyev özü də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu hər zaman qiymətləndirib, dəyər verib. Bu qiymət, dəyər Azərbaycan gəncini irəliləyə aparır, ruhlandırır, gücünü artırır. Gəncləri vətənpərvər ruhunda yetişdirən, tərbiyə edən xalq yenilməzdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Güclü Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün Vətənpərvərlik bir ideologiya olmalıdır. Milli şüura sahib olmaq vətənə məhəbbətdən qaynaqlanır”. Ölkəmizi, vətənimizi qürurumuzu qoruyacaq mübariz bir gənc nəsl yetişir”.

QHT sədri onu da vurğulayıb ki, dövlət tərəfindən gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində dövrün tələblərinə müvafiq yeni və uğurlu layihələr həyata keçirilib. Bu layihələr onu deməyə əsas verir ki, dövlət daim gənclərin yanındadır. Gənclərə olan bu münasiətə cavab olaraq ölkəmizin mübariz gəncləri müstəqil Azərbaycan, topraq, millət və xalq naminə bütün güclərini səfərbər edir, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

...Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
icma.az

1Sources