EN

"Qurbanov fasilədə bizə Çempionlar Liqasının dadını çıxarmağı tapşırdı"

"Qarabağ"ın qapıçısı Şahrudin Maqomedaliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın "Benfika" klubu üzərində 3:2 hesablı qələbə qazandıqları oyunun fasiləsində baş məşqçi Qurban Qurbanovun verdiyi motivasiyaçı sözləri açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Rusiyanın "Çempionat" nəşri Azərbaycan millisinin qolkiperini dediklərini belə çatdırıb.

"Baş məşqçi oyundan əvvəl demişdi: 'Ola bilsin ki, Lİqa Çempionlarının qrup mərhələsində belə bir fürsət bir daha əldə olunmasın, böyük stadionlarda oynamaq çox nadir hallarda olur.' 2:1 hesabı ilə "Benfika"nın öndə olduğu vaxt fasilədə əlavə etdi: 'Unutmayın, bu Çempionlar Liqasıdır. Zövq alın. Oynayın!' Biz də bunu bacardıq. İlk yarıda iki qol buraxdıq, amma sonra təşəbbüsü ələ aldıq. Oyunun qalan hissəsində daha çox biz oynadıq və daha çox qol imkanları yaratdıq. Özümüzə inanırdıq, hazırlaşmışdıq və baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Düşünürdük ki, ən azı uduzmayacağıq, amma Uca Tanrı bizə qələbəni nəsib etdi"

Chosen
34
90deqiqe.az

1Sources