ABŞ Federal Ehtiyat Sisteminin(FED) uçot dərəcəsini endirməsindən dərhal sonra dünya bazarında qızılın qiyməti tarixdə ilk dəfə bir unsiya üçün 3700 dolları ötüb. Musavat.com birja göstəricilərinə istinadən xəbər verir ki, Nyu-York Ticarət Birjasında (COMEX) qızılın dekabr fyuçersləri bir unsiya üçün 3740 dolları keçib.
Qeyd edək ki, qızıl qiymətləri ilin əvvəlindən təxminən 40 faiz artıb. Aprel ayında ABŞ Prezidenti Donald Trampın ABŞ-a idxal olunan mallara rüsumlar tətbiq etməsi nəticəsində yaranan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik fonunda qiymətlər unsiya üçün 3500 dollara çatıb. Sentyabrda qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3600 dolları ötüb.
Qeyd edək ki, FED bugünkü iclasında ötən ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsinin 0,25 faiz bəndi endirərək 4-4,25 faiz müəyyənləşdirib.
Musavat.com