"Hoffenhaym" və "Çelsi"nin sabiq hücumçusu Nikolas Cekson Çempionlar Liqasının görüşü ərəfəsində Münhen klubuna keçidi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" futbolçunun fikirlərini belə çatdırıb:
"‘Bavariya’dan zəng gəlib, məni komandada görmək istədiklərini söylədikdə bir an belə tərəddüd etmədim – sadəcə həvəsləndim və keçidi tez reallaşdırmaq istədim. Maks Eberl və Vensan Kompani ilə ilk müzakirələrdən sonra 100% əmin idim"
Qeyd edək ki, bu gün "Bavariya" ilə "Çelsi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.