EN

Arseniy Djioyev: “İstəyirəm ki, Azərbaycan bütün dünyada tanınsın”

BAKI, 17 sentyabr. TELEQRAF

“Bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Dünya çempionatından medal ilə qayıtmaq həqiqətən çox xoş hisdir”.

Teleqraf xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 86 kq çəki dərəcəsində bürünc medal qazanan Arseniy Djioyev jurnalistlərə açıqlamasında deyib.

O, yarış zamanı azarkeşlərin dəstəyinin onun üçün böyük motivasiya yaratdığımı qüyd edib: “Bu, bizə çox güclü kömək edir. Azarkeşlərin dəstəyini daim hiss edirəm. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və Gənclər və İdman Nazirliyinə də böyük təşəkkürümü bildirirəm. İstəyirəm ki, Azərbaycan bütün dünyada tanınsın”.

Chosen
9
teleqraf.com

1Sources