EN

“Rus dilini belarus dilindən daha yaxşı bilirəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, bir çox belaruslular kimi rus dilini belarus dilindən daha yaxşı bilir.

Bu haqda “BelTA” agentliyi məlumat yayıb.

Bununla belə, dövlət başçısı qeyd edib ki, o, belarus dilinin heç də əleyhinə deyil.

“Bu, bizim dilimizdir. Əgər belarus dili başa düşülən şəkildə rus dilindən geri qalırsa, bunu sakit şəkildə bildirməliyik”, - Lukaşenko deyib.

Belarus prezidenti vurğulayıb ki, respublikada dil məsələsinin qızışdırılması fəlakətə gətirib çıxaracaq, ona görə də hər hansı bir dildən istifadə ilə bağlı istənilən hərəkət ölçülüb-biçilməlidir.

"Cebheinfo.az"

Chosen
11
1
cebheinfo.az

2Sources