EN

Peskov: “Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır”

Ayna saytına istinadən ain.az xəbər verir.

“Rusiya Ukrayna ətrafındakı vəziyyəti diplomatiya yolu ilə həll etməyə üstünlük verəcək”

 “Rusiya Ukrayna ətrafındakı vəziyyəti diplomatiya yolu ilə həll etməyə üstünlük verəcək və danışıqlara açıqdır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O brifinqdə ABŞ Prezidenti Donald Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı fikirlərini və bütün NATO üzvlərini Rusiya neftindən imtina etməyə çağırışını şərh edərkən qeyd edib: "Biz mövqeyimizi qoruyuruq, danışıqlar prosesinə açıq qalırıq. Biz bəyan etməyə davam edirik ki, bizim üstünlük Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdir. Ona görə də burada bizim mövqeyimiz hamıya məlumdur, heç bir şəkildə dəyişməyib".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
ayna.az

1Sources