EN

İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

Bakı. Trend:

“Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnold zədəsəbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsininI turunda “Marsel”lə keçirilən oyunda (2:1) ayaq əzələsindənxəsarət alıb.

26 yaşlı sağ cinah müdafiəçisinin bərpa prosesi təxminən iki aydavam edəcək.

Qeyd edək ki, Aleksandr-Arnold mövsümün əvvəlində “Liverpul”lamüqaviləsinin başa çatmasının ardından azad agent kimi “RealMadrid”ə keçib. İngiltərə millisinin üzvü “kral klubu”nun heyətindəindiyədək 10 rəsmi matçda çıxış edərək 2 qol ötürməsi ilə yaddaqalıb.

Chosen
19
1
az.trend.az

2Sources