EN

Müharibə Putinin şərtləri ilə bitsə, nə olacaq? - Merz riskləri qiymətləndirdi

Ukraynada müharibə Vladimir Putinin şərtləri ilə başa çatarsa, bu, onu yalnız növbəti hədəfini axtarmağa həvəsləndirəcək. 

HİT.az "Bild"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Bundestaqda deyib.

"Putin çoxdan limitləri sınaqdan keçirir. O, təxribat edir, casusluq edir, öldürür, təhlükə yaratmağa çalışır", deyə Almaniya kansleri qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya liderinin bu fəaliyyəti son vaxtlar Almaniyada özünü büruzə verir, Moskva qəsdən alman cəmiyyətində sabitliyi pozmağa çalışır.

"Ancaq xanımlar və cənablar, biz buna icazə verməyəcəyik" deyən Merz Almaniyanın dayanıqlılığını və müdafiə qabiliyyətini gücləndirməli olduğunu bildirib.

Onun sözlərinə görə, opponentlərimizi gələcək təcavüzdən çəkindirmək və eyni zamanda müttəfiqləri və tərəfdaşları bir-birinə yaxınlaşdırmaq vacibdir.

Samir

Chosen
27
hit.az

1Sources