EN

Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

SİA-nın məlumatına görə, KOBİA-dan bildirilib ki, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir. Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata keçiriləcək.

Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər təmsil olunacaq.

Chosen
13
11
sia.az

10Sources