EN

Azərbaycanlı Almaniyada baş həkim təyin olundu - Foto

Almaniyada yaşayan azərbaycanlı həkim yüksək vəzifəyə təyin edilib.

Musavat.com-un məlumatına görə, tibb elmləri doktoru, dosent Xəyal Qasımlı Frankfurt şəhərində yerləşən “Hospital zum Heiligen Geist” xəstəxanasının ginekologiya və mamalıq klinikasının baş həkimi olub.

Xəyal Qasımlı bundan əvvəl Frankfurt Universitet Xəstəxanasının ginekologiya və mamalıq klinikasında şöbə müdiri vəzifəsində çalışıb. O, yeni təyinatla yanaşı, universitet xəstəxanasındakı fəaliyyətini də davam etdirəcək.

Azərbaycanlı mütəxəssis ginekoloji onkologiya xəstələrinin əməliyyatlarını, robotik cərrahiyyəni və elmi-tədqiqat işlərini uğurla həyata keçirir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
10
11
musavat.com

10Sources