EN

Saran: “Mourinyo ilə davam etsəydik, çempion olardıq”

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Fənərbaxça”nın prezidentliyinə namizəd Sadəddin Saran Joze Mourinyo dövrü ilə bağlı fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, Anadolu Agentliyinin "Spor Masası” proqramında danışan funksioner portuqaliyalı mütəxəssisin klubda yalnız qaldığını deyib:

"Mən Mourinyonun bir az tək qaldığını düşünürəm. Əgər biz vəzifəyə gəlsəydik, ilk növbədə onunla danışardım, səbəbləri öyrənərdim. Başqaları xoşbəxt olsun deyə göndərməzdim”.

Namizəd məşqçi məsələsində qərarın meydandakı nəticələr əsasında veriləcəyini bildirib:

"Aralarında problem var, amma bu, heç vaxt tək tərəfli olmur. Bunu dəyişmək mümkündürmü deyə sınayardım, alınmasa, o zaman qərar verərdim”.

O, həmçinin keçmişdə Antonio Konte ilə prinsipial anlaşmaya gəldiyini vurğulayıb:

"Konte mənə "Tottenhem” klubunda özümü çox yalnız hiss etdiyini demişdi. Mən isə cavab verdim ki, Türkiyədə heç vaxt yalnız qalmayacaqsan. Mən daim yanında olacağam”.

Saran hazırkı heyətin güclü olduğunu da qeyd edib:

"Bu komanda ilə çempionluğa oynayacağıq. Yanvarda ehtiyac olsa, dəyişikliklər edilə bilər”.

Qeyd edək ki, J.Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Benfika”ya məğlubiyyətdən (0:0, 0:1) sonra "Fənərbaxça” ilə yollarını ayırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
azxeber.com

1Sources