EN

Qarabağ Universitetinin yeni yataqxana kompleksi - Fotolar

Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.

Publika.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib.

Məlumata görə, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.

Ümumilikdə 30 min kvadrat metr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.

Chosen
28
29
publika.az

10Sources