EN

Aİ gələn il sosial medianı tənzimləyən qanun layihəsi təqdim etməyi planlaşdırır

Aİ gələn il sosial medianı tənzimləyən qanun layihəsi təqdim etməyi planlaşdırır

Avropa Komissiyası 2026-cı ilin ikinci yarısında internet istifadəçilərini qorumaq üçün sosial medianı tənzimləmək məqsədilə Avropa Parlamentinə və Şuraya qanun layihəsi təqdim etməyi planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Demokratiya, Ədalət və Qanunun aliliyi üzrə Avropa komissarı Maykl Makqrat bildirib.

"Onlayn rejimdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aşkar edilmiş boşluqlara diqqət yetiriləcək. Uşaqlara xüsusi diqqət yetiriləcək", - deyə o, "Nikkei Asia" nəşrinə müsahibəsində vurğulayıb.

Makqratın sözlərinə görə, yeni qanun sosial medianın mövcud qaydalarla əhatə olunmayan aspektlərini tənzimləyəcək. Konkret olaraq, Aİ sosial mediada avtomatik oynatılan videolar və ya aldadıcı endirim təklifləri kimi “asılılıq yaradan dizayn elementlərini” tənzimləmək niyyətindədir.

Chosen
38
afn.az

1Sources