ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə "Spirit Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi yaşayıb.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb.
"Boeing 747" (Trampın təyyarəsi - red.) Nyu-York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən "Spirit Airlines" aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər", - deyə nəşrdə qeyd olunur.
Â