EN

Liverpul və Atletiko 10 cu dəfə üz üzə gələcəklər

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ilk turu çərçivəsində "Liverpul" və "Atletiko Madrid" komandaları üz-üzə gələcək.

İdman.biz bildirir ki, matç Liverpuldakı "Enfild" stadionunda oynanılacaq.

İtaliyalı hakim Mauritsio Marianinin idarə edəcəyu qarşılaşma 23.00-da başlayacaq.

Bu qarşılaşma komandalar arasında sayca 10-cu olacaq. İndiyədək keçirilmiş 9 görüşün 4-də "Atletiko", 3-də isə "Liverpul" qalib gəlib. İki görüş heç-heçə başa çatıb. Top fərqi 12-11 "Atletiko"nun xeyrinədir.

Maraqlıdır ki, komandalar heç vaxt bir-biriləri ilə oyunda böyükhesablı qələbə qazanmayıblar. Bu klublar arasında 2021-ci il noyabrın 3-də keçirilmiş Çempionlar Liqası çərçivəsində son oyunda "Liverpul" 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources