EN

Qırğızıstan və Türkiyə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Qırğızıstan Prezidenti Sadır Japarov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bişkekdə keçirilən görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edərək, ikitərəfli ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəflədiklərini bildiriblər.

Moderator.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli qarşılıqlı əlaqə məsələlərinin geniş spektrini, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq, bank sektorunun inkişafı, investisiya tərəfdaşlığının dərinləşdirilməsini müzakirə ediblər.

Japarov qeyd edib ki, ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması məqsədinə nail olmaqda hökumətlərarası komissiyanın işi və ixrac və idxal rüsumlarının azaldılması üzrə tədbirlər mühüm rol oynayacaq. Qırğızıstan həmçinin Türkiyə biznesinə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər sahələrə investisiyalar üçün əlverişli şərtlər təklif edib.

Öz növbəsində, Cevdet Yılmaz iki ölkə arasında əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Qırğızıstanın iqtisadi inkişaf dinamikasını, aparılan islahatları və infrastrukturun təkmilləşdirilməsini yüksək qiymətləndirib.

Görüşün sonunda tərəflər strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və Qırğızıstan ilə Türkiyə arasında dostluğun möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
2
moderator.az

3Sources