EN

Emin Ağalarov: Sea Breeze in yeni satış ofisi müştərilər üçün daşınmaz əmlak seçimini daha da rahat edir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 17 sentyabr, Pərvana Qafarova, AZƏRTAC

Bu gün Bakıda Sea Breeze kompleksində Landau məktəbinin yaxınlığında, kompleksin girişində yerləşən yeni satış ofisinin açılışı keçirilir.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Sea Breeze şirkətinin təsisçisi Emin Ağalarov məlumat verib. O, ofisin əsas özəlliyinin Sea Breeze-in birinci fazasının unikal maketinin təqdimatı olduğunu bildirib: “Biz ilk dəfə olaraq Sea Breeze-in 500 hektarlıq bütün birinci mərhələsinin maketini təqdim etdik. Burada kompleksin qarşıdakı 3–4 il ərzində inkişaf planları da aydın şəkildə əks olunub. Bu, müştərilərimizə, investorlarımıza və gələcək rezidentlərimizə konkret komplekslərin yerləşəcəyi yerləri, daşınmaz əmlakın hansı qiymət seqmentində təklif olunacağını, həmçinin müəyyən mənzillərdən dənizə və ya digər zonalara açılacaq mənzərəni görməyə imkan verir”.

Onun sözlərinə görə, bu cür vizuallaşdırma daşınmaz əmlak seçimində prosesi xeyli asanlaşdırır.

“Biz Sea Breeze-in inkişaf perspektivlərini maksimum şəffaf göstərməyə çalışırıq. Yeni satış ofisi bütün müştərilərimiz və tərəfdaşlarımız üçün əlverişli bir məkana çevriləcək. Hər kəsi Sea Breeze Sales Office-ə dəvət edirik ki, maket və inkişaf planları ilə tanış olsunlar”, — deyə Emin Ağalarov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
4
azertag.az

5Sources