EN

Estoniya Rusiyayla sərhədi bağlamağı planlaşdırmır

Estoniya Rusiyayla sərhədi bağlamağı planlaşdırmır

Estoniya hazırda Rusiyaya sərhədi bağlamağı planlaşdırmır.

AFN.az xəbər verir ki, bunu Baltik ölkəsinin daxili işlər naziri İqor Taro bildirib. Onun sözlərinə görə, əgər vəziyyət dəyişərsə, sərhədi çox tez bir zamanda bağlamaq olar. Nazir vurğulayıb ki, sərhəd yalnız təhlükəsizlik vəziyyəti dəyişdikdə bağlana bilər.

İqor Taro əlavə edib ki, sərhədi bağlamağa səbəb yoxdur: keçid məntəqələri normal rejimdə fəaliyyət göstərir və hakimiyyət Moskvaya ticarət dövriyyəsini xeyli azaltmaq üçün tədbirlər görüb. O, həmçinin qeyd edib ki, sərhədlərin açıq qalması humanitar səbəblərlə bağlıdır.

Keçən çərşənbə günü Estoniya Konservativ Partiyası “Vətən” (Isamaa) Belarus-Rusiya “Qərb-2025” təlimləri ilə əlaqədar sərhəd keçid məntəqələrinin bağlanmasını təklif edib.

Hazırda Rusiya və Estoniya sərhədində üç keçid məntəqəsi fəaliyyət göstərir.

Chosen
9
afn.az

1Sources