EN

Zelenski: Yay kampaniyasından sonra Rusiya böyük hücumlar aparmaq gücündə deyil

Rusiya ordusu Ukrayna Müdafiə Qüvvələrinin fəaliyyəti nəticəsində yay hücum kampaniyası zamanı böyük itkilər verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamenti prezidenti Robert Metsola ilə Kiyevdə keçirdiyi birgə brifinqdə bildirib.

“Rusiya sənədlərə və kəşfiyyat məlumatlarına görə dörd əsas istiqamət seçmişdi. Biz yalnız ardıcıllığı bilmirdik. Sumski istiqamətində hücum, Novopavlovsk əməliyyatı, Pokrovsk əməliyyatı və Zaporojye istiqaməti. Bunlar üzrə biz müvafiq hərəkətləri gördük”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Sumski əməliyyatda uğursuzluğa düçar olub.

“Onlar ilk növbədə canlı qüvvədə böyük itkilər verdilər. Hazırda – sabah nə baş verəcəyini bilmirəm – amma bu istiqamətdən imtina etdilər və qüvvələri başqa istiqamətlərə atdılar. Mən hesab edirəm ki, orada da daha çox itki verdilər”, – deyə o əlavə edib.
Zelenski bildirib ki, bu itkilərlə bağlı yaxın sutkalarda ayrıca məlumat açıqlanacaq.

“Bizim fikrimizcə, Ukrayna Silahlı Qüvvələrinin uğurlu addımları nəticəsində Rusiya canlı qüvvə sarıdan çox itki verdi və artıq genişmiqyaslı əməliyyatlar aparmaq gücündə deyil”, – prezident vurğulayıb.

Ukrayna Prezidenti daha əvvəl bildirmişdi ki, rus işğalçıları payız mövsümü üçün iki yeni hücum əməliyyatı planlaşdırır. Lakin Zelenskinin sözlərinə görə, yay kampaniyası Moskvanın gözlədiyindən də uğursuz alınıb.

Ukrayna Baş Qərargahı da qeyd edib ki, Rusiyanın yay hücumu nəticəsiz qalıb: işğalçılar bircə iri şəhəri belə ələ keçirə bilməyib, əksinə, ilin əvvəlindən bu yana 290 mindən çox hərbçisini öldürülən və yaralanan olaraq itirib.

İmran Kərimli

Chosen
16
1
tribunainfo.az

2Sources