EN

Müxtəlif yaş qrupları üzrə narkomanlığın yayılma dərəcəsi araşdırılacaq

Yazını böyüt
Yazını kiçilt

Müxtəlif yaş qrupları üzrə narkomanlığın yayılma dərəcəsinin müəyyən edilməsi məqsədilə sosial araşdırmalar aparılacaq və müvafiq təkliflər hazırlanacaq.

Hafta.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, prosesin icra müddəti 2025-2030-cı ili əhatə edəcək.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu əsas icracı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Sosial Tədqiqatlar Mərkəzi və aidiyyəti qeyri-hökumət təşkilatları isə digər icraçı qurum kimi təyin edilib.

Chosen
33
2
hafta.az

3Sources