EN

Trampın olduÄŸu layner sÉ™rniÅŸin tÉ™yyarÉ™si ilÉ™ toqquÅŸma tÉ™hlükÉ™si yaÅŸadı

ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə "Spirit Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi yaşayıb.

Oxu.Az bu barədə "Mirror"a istinadla xəbər verir.

Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb.

"Boeing 747" (Trampın təyyarəsi - red.) Nyu-York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən "Spirit Airlines" aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər", - deyə nəşrdə qeyd olunur.

 
Chosen
11
26
demokrat.az

10Sources