EN

Fransız vətəndaşı deputatlara “çoxalmasınlar” deyə 600 prezervativ göndərdi

Fransanın Lodev şəhər sakini Pyerro le Ziго Milli Məclis deputatlarına “artıq çoxalmasınlar” deyə 600 ədəd prezervativ göndərib.

Bu barədə Fransanın “Independant” nəşri məlumat yayıb.

“Məqalədə bildirilir ki, sentyabrın 17-də Burbon sarayına (Milli Assambleyanın iclaslarının keçirildiyi yer – red.) içərisində xeyli gözlənilməz məzmun olan bağlama çatdırılıb. Qutunun içindən deputatlara ünvanlanmış 600 prezervativ çıxıb ki, məqsəd onların ‘çoxalmamasıdır’.”

Qeyd olunur ki, bağlamanın göndəricisi Fransanın Lodev şəhər sakini Pyerro le Ziго olub. O, bağlamanı sentyabrın 11-də yollayaraq hazırkı deputatların davranışından narazılığını bu yolla ifadə edib. Parlament üzvlərinin davranışını “acınacaqlı” adlandıraraq kəskin şəkildə qınayıb.

Chosen
9
aznews.az

1Sources