EN

Azərbaycanla Yaponiya aqrar sahədə birgə işçi qrupun yaradılması imkanlarını dəyərləndiriblər

Bakı. Trend:

Azərbaycan və Yaponiya aqrar sahədə əməkdaşlığın vəhüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrəbirgə işçi qrupun yaradılması imkanlarını müzakirə ediblər.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbərverir.

Belə ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yaponiyanınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe iləgörüşüb.

Qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrarsektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki,Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamikinkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarətəlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tamdəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasınıngücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupunyaradılması, mütərəqqi texnologiyalar sahəsində təcrübə mübadiləsiməqsədilə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələrinqurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tərəfindən təşkiledilən təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərininmütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması vəhidroponik üsulla becərmə sahəsində Yaponiya təcrübəsininöyrənilməsi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıqməsələləri müzakirə olunub.

Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri KatsuyaVatanabe ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütünsahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O,kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsindəəməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunuqeyd edib.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlıolduqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuranməsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Chosen
20
4
az.trend.az

5Sources