EN

“Qalatasaray” türk ulduzla anlaşdı

“Qalatasaray” Barış Alper Yılmazın maaş artımı tələbini qəbul edib. Metbuat.az xəbər verir ki, klub həmçinin futbolçunun məvacibini artımaq üçün şərt irəli sürüb. Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, "Qalatasaray" Barış Alper Yılmazın maaşını qaldırmaq üçün futbolçunun agenti ilə yollarını ayırmasını tələb edib. İddialara görə, futbolçu agenti ilə yollarını ayırarsa, “Qalatasaray” futbolçunun məvacibini 2 milyon avrodan 5 milyon avroya qaldıracaq.

Qeyd edək ki, Barış Alper Yılmaz Səudiyyə Ərəbistanının NEOM komandasından illik 12 milyon avroluq təklif alıb. Futbolçu təklifə razılıq versə də, “Qalatasaray” razılıq verməyib.

Chosen
56
1
metbuat.az

2Sources