EN

Məktəb psixoloqları üçün narkomanlığın profilaktikasına dair təlimat hazırlanacaq

Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanaraq təsdiq ediləcək.

Bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Elm və Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsinin hazırlanmasını, təlimat layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir./apa

Chosen
21
7
ucnoqta.az

8Sources