EN

Andranik Tevanyan:“Ankara Nikolun taleyi üçün titrəyir”

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Türkiyə ilə Azərbaycan arasında Ermənistanla bağlı “mübahisə” var. Bu, ölkəmizin işğalının vaxtı və metodologiyası ilə bağlıdır”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə “Ana Ermənistan” Hərəkatının rəhbəri Andranik Tevanyan çıxış edib.

Onun sözlərinə görə, guya, Türkiyə Ermənistan üçün yavaş ölüm istəyir. “Ankara Nikolun taleyi üçün titrəyir. Çünki Paşinyan onların əlinə düşmüş şansdır. Azərbaycan da bunu indi istəyir”.

Tevanyan bir sıra nağıllar da danışıb. O deyib ki, guya, Türkiyə də hər şeyi istəyir, amma tələsməməyi təklif edir. “Çünki Nikolun tələsik oturduğu yerdən atılacağından qorxur. Türkiyə ilə Azərbaycan arasında “mübahisə” Nikolun həyatı və Ermənistanın ölümü ilə bağlıdır. Türkiyə Nikolun sağ qalmasını istəyir ki, Ermənistan olmasın”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
tribunainfo.az

2Sources